Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxlanılan ''Tiktok''er Fatimə barədə qərar verildi

Saxlanılan ''Tiktok''er Fatimə barədə qərar verildi

Tarix: 10 Yanvar 2025 17:55

Tiktok əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb. 

Sonxeber.net bildirir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 

Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb. 

Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.

Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az


Etiketlər:  Saxlanılan Tiktoker Fatimə barədə qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ