Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2025 14:30
Meksikanın qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Kolima şəhərindən 88 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.