Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2025 22:50
"Lukoil" neft şirkəti baş direktorunu dəyişmək qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Qərar direktorlar şurasının iclasında qəbul edilib. Şura Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
Yeni baş direktor "Lukoil"da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutmuş Sergey Koçkurovdur.
Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Şirkətin təsisçisi Vahid Ələkbərovun oğlu Yusifə də məhdudiyyətlər qoyulub.