Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 23:08
"Qarabağ"da olduğum illər həyatımın ən gözəl dövrü idi.
Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyanın "Flamenqo" klubuna transfer olunan 28 yaşlı hücumçu "Qarabağ" azarkeşlərinə təşəkkür edib:
"Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşin mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu.
Buradan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram Gələcəkdə "Qarabağ"a yüksək nailiyyətlər arzu edirəm. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq".
Qeyd edək ki, 2023-cü ilin yayından "Qarabağ"ın şərəfini qoruyan Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.