Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2025 00:40
Rusiya Fələstində müstəqil dövlətin yaradılmasını əhatə edən tam nizamlanmaya nail olmaq üçün səyləri zəiflətməməyə çağırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra deyib.
"İsraillə sülh və təhlükəsizlik şəraitində mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, Fələstin-İsrail münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsaslar əsasında hərtərəfli nizamlanmasına nail olmaq üçün səyləri zəiflətməmək vacibdir", - Putin bildirib.