Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Durov Fransa hakimiyyətinə söz verdi

Durov Fransa hakimiyyətinə söz verdi

Tarix: 18 Yanvar 2025 09:18

"Telegram"ın təsisçisi Pavel Durov Fransa məhkəməsində keçirilən dinləmə zamanı messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Franceinfo" mənbələrə istinadən məlumat yayıb.

"Hakimlərin "Telegram"da kütləvi şəkildə yayılan qeyri-qanuni məzmunla bağlı sualına Durov üç vəkilin iştirakı ilə cavab verib və messencerin moderasiya prosedurlarını təkmilləşdirməyə sadiq qaldığını vəd edib", - məlumatda deyilir.

O, həmçinin bildirib ki, qanun pozuntusuna görə messencerdə hər ay 20 milyona qədər hesab silinir. //APA


Etiketlər:  Durov Fransa hakimiyyətinə söz verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ