Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Milli Kəşfiyyat Təşkilatının saxta əməkdaşı TUTULDU - FOTO

Türkiyədə Milli Kəşfiyyat Təşkilatının saxta əməkdaşı TUTULDU - FOTO

Tarix: 20 Yanvar 2025 18:46

Türkiyənin Şanlıurfa şəhərində özünü Milli Kəşfiyyat Təşkilatının (MKT) əməkdaşı kimi təqdim edən şəxs həbs edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Şanlıurfa prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində özünü MKT işçisi kimi tanıdan şəxsin vətəndaşlardan şantaj və təzyiq yolu ilə pul və qızıl aldığı müəyyən edilib.

Polis və jandarma qruplarının birgə keçirdiyi əməliyyat nəticəsində saxta MKT-çi yaşadığı ünvanda saxlanılıb.

Ünvanda aparılan axtarışlar zamanı çox sayda silah, sursat və saxta sənədlər aşkarlanıb.

Polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəməyə göndərilən şəxs həbs edilib.


Etiketlər:  Türkiyədə Milli Kəşfiyyat Təşkilatının saxta əməkdaşı TUTULDU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ