Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"20 il səhvən Qvardiolanı işləmişik" - Alleqri

Tarix: 7 Dekabr 2019 11:04

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri  "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın oyunu üslubu haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, həmkarının Kataloniya klubunda çalışdığı zaman oynatdığı "tiki-taka" (topu qısa və sürətli ötürmələrlə bir-birinə ötürüb,  daim nəzarət etmək) futbolunun hər kəsə uyğun olmadığını söyləyib:

"Əks-hücum futbolunun möhtəşəm şəkildə geri döndüyünü görürəm. 20 il ərzində səhvən Qvardiolanı izləmişik. Onun futbolu hər kəsə görə deyil. Bunun üçün  İnyesta, Xavi, və Messi kimi oyunçuların olmalıdır".

 


Etiketlər:  20 il səhvən Qvardiolanı işləmişik Alleqri


RƏYLƏR