Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2025 20:54
Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevə tanker donanmasının texniki vəziyyətinin təftiş edilməsini tapşırıb.
Sonxeber.net Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hökumət üzvləri ilə görüşündə deyib.
Bundan əlavə, Rusiya Prezidenti Qara dənizdə tankerlərdə texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə mövcud texniki, texnoloji və elmi potensialın təftişinin aparılması barədə göstəriş verib.
"Aydındır ki, bu iş mürəkkəbdir, bir sıra qurumun fəaliyyətinə təsir göstərir, ona görə də baş nazirin müavini vəzifəsindən bu işlə məşğul olmaq sizin üçün, belə demək mümkünsə, "əlverişli" olacaq. Ona görə də sizdən xahiş edirəm ki, bütün bunları təşkil edəsiniz, sonra isə onların hər biri haqqında mənə ayrıca məlumat verəsiniz", - Putin deyib./"report"