Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan kənarda torpaq niyə bahalaşıb? - VİDEO

Bakıdan kənarda torpaq niyə bahalaşıb? - VİDEO

Tarix: 24 Yanvar 2025 23:24

Son dövrlərdə Azərbaycanda bölgələrdə torpaq qiymətlərində nəzərəçarpan artım müşahidə edilir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bölgələrdə sotu 50,60, hətta 90 min manata torpaq sahələri satılır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, xüsusilə, ölkənin müxtəlif rayonlarında kənd təsərrüfatı və tikinti sahələrinə olan tələbin artması ilə torpaq bazarının qiymətlərini yüksəldib.

Ekspert deyir ki, yeni biznes sahələrinin açılması və bölgələrdə infrastruktur layihələrinə investisiya qoyulması torpaq bazarını stimullaşdıran amillərdən biridir.

Elnur Fərzəliyev qeyd edir ki, xüsusilə, ölkənin müxtəlif rayonlarında kənd təsərrüfatı və tikinti sahələrki, xüsusilə Quba, Qusar, Xaçmaz, Zaqatala, İsmayıllı, Lənkəran kimi ərazilərdə qiymət artımı daha da nəzərə çarpır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


Etiketlər:  Bakıdan kənarda torpaq niyə bahalaşıb VİDEO


RƏYLƏR