Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2025 08:08
08:06
İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.
Sonxeber.net xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.
2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.
Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.
Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.
Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq. /APA
------------
21:34
Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
-------
18:44
"Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub".
Sonxeber.net xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.