Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2025 08:24
Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, sərnişin avtobusu ölkənin Potosi departamentində yoldan çıxaraq aşıb.
"Hadisə nəticəsində 19 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Polis xilasetmə əməliyyatlarını davam etdirir, ona görə də ölənlərin sayının artacağı istisna edilmir", - məqalədə deyilir.
Ölənlər arasında iki uşaq və avtobusun iki sürücüsü də var.