Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər yeməyində bu qidalardan uzaq durun!

Səhər yeməyində bu qidalardan uzaq durun!

Tarix: 27 Yanvar 2025 08:36

Tədqiqatlar göstərir ki, işlənmiş ətlər (məsələn, sosis və basdırma) demensiya riskini artıra bilər.

Sonxeber.net xəbər verir ki, Harvard Universitetindən Dr. Daniel Hang bu cür ətlərin həddindən artıq istehlakının demensiya inkişafını sürətləndirə biləcəyinə diqqət çəkib. İstifadə olunan nitritlər və doymuş yağlar beyin sağlamlığını mənfi təsir edə bilər. Bunun yerinə, işlənməmiş qırmızı ət və ya balıq seçilməsi daha sağlam qidadır.

Sağlam səhər yeməyi üçün tövsiyələr:

Bol zülallı qidalar: Yumurta, az duzlu pendir, qatıq.

Tam taxıllı karbohidratlar: Tam buğda çörəyi, yulaf əzməsi.

Tərəvəz və yaşıl bitkilər: Pomidor, xiyar.

Sağlam yağlar: Qoz, zeytun yağı, avokado.

Təbii şəkər mənbələri: Meyvələr (banan, alma, portağal).

Şəkərsiz içkilər: Yaşıl çay, bitki çayı.

Nümunə səhər yeməyi menyusu:

1 qaynadılmış yumurta

1 dilim tam buğda çörəyi

1 dilim ağ pendir

Zeytun, pomidor, xiyar

1 ovuc qoz və ya badam

Şəkərsiz bitki çayı. (Sağlamolun.az)


Etiketlər:  Səhər yeməyində qidalardan uzaq durun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ