Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenko 86,82% səslə qalib gəldi - Yenilənib

Lukaşenko 86,82% səslə qalib gəldi - Yenilənib

Tarix: 27 Yanvar 2025 08:08

08:06

İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

Sonxeber.net xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.

Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq. /APA

------------
21:34


Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

-------
18:44

"Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub".

Sonxeber.net xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.


Etiketlər:  Lukaşenko 8682 səslə qalib gəldi Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ