Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəhəng qalaktika kəşf edildi: süd yolundan 30 dəfə böyükdür

Nəhəng qalaktika kəşf edildi: süd yolundan 30 dəfə böyükdür

Tarix: 31 Yanvar 2025 21:32

Cənubi Afrikadakı "MeerKAT" teleskopu astronomlara nəhəng radioqalaktika kəşf etmək imkanı verib. Bu qalaktika 3 milyon işıq ilinə qədər uzanır və nəhəng plazma reaktivləri ilə Süd Yolunun ölçüsündən 30 dəfə böyükdür.

Sonxeber.net xəbər verir ki, yeni kəşf edilən bu qalaktika təkcə böyüklüyü ilə deyil, həm də maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Astronomlar qalaktikaya Afrikanın cənubunda "bəla" mənasını verən "Inkathazo" adını veriblər.

Bu cür qalaktikalar 2 milyon işıq ilindən böyükdürsə, "nəhəng radioqalaktikalar" (GRG) kimi təsnif edilir.

"MeerKAT" teleskopu "İnkatazo"nun plazma reaktivlərini tədqiq edib və müxtəlif bölgələrdə plazma yaşlarının xəritəsini çəkərək bəzi elektronların müəmmalı şəkildə enerji qazandığını ortaya çıxarıb.

Bu kəşf "İnkatazo"nun ətrafındakı isti qazlarla qarşılıqlı əlaqədə olan reaktivlərin enerjinin sirli artmasına səbəb ola biləcəyini göstərir.

Araşdırma "Royal Astronomical Society"jurnalının "Monthly Notices" sayında dərc edilib. (Publika.az)


Etiketlər:  Nəhəng qalaktika kəşf edildi süd yolundan dəfə böyükdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ