Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il dəbdə olan telefonlar

Bu il dəbdə olan telefonlar

Tarix: 4 Fevral 2025 01:04

Görünür, bu il nazik gövdəli smartfonların ili olacaq. Samsung 22 yanvar tarixində Galaxy Unpacked 2025 tədbirinin sonunda nazik gövdəli Galaxy S25 Edge smartfonunu anons etdi.

Sonxeber.net bildirir ki, son bir neçə ay ərzində olmuş məlumat sızıntılarına əsasən Apple də belə bir smartfon üzərində çalışır və o, iPhone 17 Air adlanacaq. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumatda qeyd edilib ki, bu il ərzində Samsung və Apple ilə yanaşı digər smartfon istehsalçıları da nazik gövdəli smartfonlarını təqdim edəcəklər.

İnsayderin sözlərinə inansaq, nazik gövdəli smartfonlarını OPPO, Xiaomi və Vivo kimi şirkətlər təqdim etməyi planlaşdırırlar. Məlumatda qeyd edilib ki, bu şirkətlərin təqdim edəcəkləri nazik gövdəli smartfonlar çox güman ki, flaqman smartfonlar deyil, orta büdcəli smartfonlar olacaqlar. Bununla belə insayder əlavə edib ki, Çinin smartfon istehsalçıları tərəfindən təqdim ediləcək nazik gövdəli smartfonlar batareya həcmi mövzusunda Samsung və Apple şirkətlərindən daha üstün olacaqlar. Çox güman ki, söhbət, həmin smartfonlarda istifadə ediləcək yüksək enerji sıxlıqlı yeni silisium-karbon batareyalardan gedir. /Lent.az 


Etiketlər:  dəbdə olan telefonlar


RƏYLƏR