Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2025 13:05
"Tiktoku sevmirəm və heç vaxt da sevməmişəm. Daha çox instaqrama daxil oluram. İndiyə kimi tiktokda canlı yayım açmamışam. Mənə çatmır. Bizim tiktoka girəndə frikləri görürsən, doludur".
Sonxeber.net xəbər verir ki, bunu "Avroviziya 2011" qalibi Nigar Camal "Xəbərin var?" verilişində deyib. O, tiktokdakı paylaşımlara görə utandığını bildirib:
"Tiktoka baxanda insan utanır. Adam özünü pis hiss edir. Sual verirsən ki, bunlar niyə belə edirlər? Savadlı, maraqlı tiktokerlər olsaydı, biz onlara baxardıq. Mənə də maraqlıdır ki, baxıb yeni bir şey öyrənim. Amma bizdə tiktok friklərlə doludur. İnsanlar orada biri-birini söyür, təhqir edir. Baxırsan ki, neçə min rəy və hədiyyələr gəlir". /Axşam.az