Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2025 08:05
Amerikalı məşhur aktrisa Ancelina Coli açıqlamaları ilə gündəmə gəlib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2001-ci ildə çəkildiyi "Tomb Raider" filmdəki "Lara Kroft" rolundan və film üçün fiziki hazırlığından danışıb.
50 yaşlı Coli sözügedən filmin çəkilişlərinə başlamazdan əvvəl gündə iki qutu siqaret çəkdiyini etiraf edib:
"Etiraf edim ki, gündə iki qutu siqaret çəkirdim. Sağlamlığımı və həyatımı tamamilə dəyişdirməli oldum. Bacara bilməyəcəyimi düşündüyüm şeyləri edə biləcəyimi kəşf etdim".
Hollivud aktrisası "Tomb Raider" üçün çox ağır məşq etməyə başladığını və bunun onun normalarından uzaq olduğunu deyib. Onun sözlərinə görə, bu məşqlər onun siqareti atmasına səbəb olub.
"Film üçün səhər, günorta və axşam məşqlər var idi. Və bir yerdən sonra istədiyim tək şey yaxşı yemək, su və yatmaq idi. Beləliklə sən dəyişirsən".