Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Savadsız həkimlərlə savaşım bu gün nəticələndi '' - Flora Kərimova

''Savadsız həkimlərlə savaşım bu gün nəticələndi '' - Flora Kərimova

Tarix: 7 Fevral 2025 12:50

"Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətinin qarantıdır. Neçə illərdir mən savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Şükür Allaha! Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc xanıma demişdim ki, bacarmırsansa bacarmadığın işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət... "

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqram səhifəsində yayımladığını videoaçıqlamada deyib. 

2021-ci ildə plastik cərrah kimi tanınan Sevinc Heydərova tərəfindən gözündən uğursuz əməliyyat olunan sənətkar qarşı tərəfin lisenziyasının ləğv edilməsi ilə bağlı fikirlərini bu sözlərlə ifadə edib: 

"Ümumiyyətlə iş çox mürəkkəb idi. Nə qədər saxtalıq olar. Sizin hər addımınız saxta idi. Məni dəhşət bürüyür düşünəndə ki, nə qədər belə həkimlər var. Və hər bir xəstə həkimdən aslıdır. Və hər mübarizə bu günki nəticə ilə bitmir. Bu işi gələbə ilə nəticələndirən vəkillərimə təşəkkür edirəm. Bu məsələləri ictimailəşdirən Qənirə Ataşovaya. Çox sağolun! Sizin zəhmətiniz böyükdür. Mənim haqq səsimi eşidib, inanıb, ürəyiniz yandı və ictimaiyyətə çatdırdınız. Çox sağolun!"

Kərimova başına gələn xoşagəlməz hadisənin düzgün şəkildə araşdırıb və doğru qərar verilən qədər bu yolda mübarizəsini davam etdirəcəyini bildirib: 

"Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram. Dörd dəfə haqsız rəylərlə ekspertizanın nəticəsini oxuyub, eşidəndə əlimi hər şeydən üzmüşdüm. Burada açıq dəstək var idi. Və o dəstək çox insanların, xəstələrin evini yıxacaqdı, çünki Sevinc xanıma qol-qanad verirdi. Mənə manə olan, gözü yumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar güya hər nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır? Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənə az çox Vətənimdə nüfuz sahibi olan sözünü deyən bir insanın başına bu oyun gətirilsə, bu haqsızlıq görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var. Düşünürəm, inanmaq istəyirəm ki, Ali Məhkəmə bu işə ürəklə, vicdanla baxacaq və həssasla yanaşacaq".  (Olay.az)


Etiketlər:  Savadsız həkimlərlə savaşım gün nəticələndi Flora Kərimova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ