Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2025 14:02
"Real Madrid" yayda karyerasını başa vuran əfsanəvi müdafiəçi Pepeni heyətinə qatmağa çalışır.
Sonxeber.net xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.
Madrid klubu portuqaliyalı keçmiş müdafiəçisi ilə ciddi maraqlanır.
Mənbənin sözlərinə görə, 2024-cü ilin yayında peşəkar futboldan ayrıldığını açıqlayan 41 yaşlı futbolçuya maraq göstərilməsinə səbəb kral klubunun bir sıra mərkəz müdafiəçilərinin zədələnməsi olub.
Qeyd edək ki, Pepe ilə yaya qədər müqavilə imzalana bilər.
Xatırladaq ki, Pepe 2007-2017-ci illərdə "Real Madrid"də çıxış edib.(oxu.az)