Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyaz böyük otel tikdirəcək - FOTO

Beyaz böyük otel tikdirəcək - FOTO

Tarix: 10 Fevral 2025 20:15

Son illərdə türkiyəli məşhurlar gəlirlərini daşınmaz əmlaka yatırır. Onlar arasında İzmir, Balıkesir və Çanakkaledən böyük torpaq sahələri alanlar da var.

Sonxeber.net xəbər verir ki, tanınmış aparıcı və şoumen Beyazıt Öztürk də bu ərazilərdən birindən torpaq alıb. 

Şoumen lazım olan icazə sənədlərini təsdiqlədərsə, burada böyük otel inşa etdirəcək. 

İllərdir qazancını daşınmaz əmlaka yatıran Beyazıt Öztürk Karaköydə köhnə binanı 6 milyon dollara alaraq oranı otelə çevirmişdi. 

Şoumenin Kaz Dağları adlı ərazidən də torpaq alacağı bildirilib. /baku.ws


Etiketlər:  Beyaz böyük otel tikdirəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ