Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Səbail”i darmadağın etdi

“Qarabağ” “Səbail”i darmadağın etdi

Tarix: 11 Fevral 2025 21:30

21:29

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

"Qarabağ" autsayder "Səbail"i qəbul edib. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olub. Ağdam təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.

Turun daha öncə keçirilmiş oyunlarında "Şamaxı" "Sumqayıt"a (1:0), "Sabah" "Turan Tovuz"a (2:1) qalib gəlib. "Araz-Naxçıvan" - "Kəpəz" matçı qolsuz (0:0) yekunlaşıbsa, "Zirə" evdə "Neftçi"yə uduzub - 1:2.

Azərbaycan Premyer Liqası
22-ci tur
11 fevral

"Qarabağ" - "Səbail" 5:0
Qollar: Yassin Benzya, 76. Leandro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

-----------
10:00

"Qarabağ" Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXII turda "Səbail"lə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi 50 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
III dövrə, XXII tur

11 fevral
19:00. "Qarabağ" - "Səbail"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.


Etiketlər:  Qarabağ Səbaili darmadağın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ