Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 12:14
"Fənərbağça" əl nahiyyəsində sınıq aşkarlanan Edin Ceko ilə bağlı qərar verib.
Sonxeber.net xəbər verir ki, ulduz futbolçu xüsusi sarğı ilə oynaya biləcək vəziyyətdə olsa da məşqçilər korpusunun yekun qərarına əsasən iki oyun forma geyinməyəcək. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Cekonun "Kasımpaşa" və "Anderlext"ə qarşı matçlarda çıxış etməyəcəyi gözlənilir. Onun "Qalatasaray" ilə derbidə meydanlara dönəcəyi qeyd olunub. /Offsideplus.az