Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 18:50
Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb.
Sonxeber.net xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı 49-cu dəqiqədə qonaq komandanın heyətində penalti zərbəsindən Brahim Konate açıb. 5 dəqiqə sonra qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirən qol vurulub. Rüfət Abbasovun avtoqolu gəncəlilərə 1 xal qazandırıb.
"Kəpəz" 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan "Şamaxı"nın 21 xalı var.
Turun son matçı "ASCO Arena"da "Səbail"lə "Sabah" arasında baş tutacaq. Saat 19:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Araz Naxçıvan"ı, "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə üstələyib. "Sumqayıt" isə evdə "Zirə"yə məğlub olub - 0:3. /Report