Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 12:16
Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.
Bu barədə Sonxeber.net-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.