Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada hər dəqiqə dörd qadında bu xəstəlik aşkarlanır - 2050-ci ilə qədər...

Dünyada hər dəqiqə dörd qadında bu xəstəlik aşkarlanır - 2050-ci ilə qədər...

Tarix: 25 Fevral 2025 20:03

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) rəsmisi bildirib ki, hazırda dünyada hər dəqiqə dörd qadına döş xərçəngi diaqnozu qoyulur və hər dəqiqə bir qadın bu xəstəlikdən həyatını itirir.

Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına bağlı olan IARC-in son araşdırmasına görə, 2050-ci ilə qədər döş xərçəngi diaqnozu və ölüm hallarında ciddi artım gözlənilir. Təhlillər göstərir ki, qarşıdakı 25 il ərzində hər 20 qadından biri bu xəstəliklə üzləşə bilər.

Proqnozlara əsasən, 2050-ci ildə dünyada hər il 3,2 milyon yeni yoluxma və 1,1 milyon ölüm baş verəcək. Məsələn, Böyük Britaniyada illik diaqnoz halları 2022-ci ildəki 58,756-dan 71,006-ya yüksələcək, ölüm halları isə 12,122-dən 17,261-ə çatacaq.

Araşdırmalar sübut edir ki, döş xərçəngi hallarının dörddə birinə qədərinin qarşısını almaq mümkündür. Alkoqol istifadəsinin azaldılması, sağlam çəkinin qorunması və fiziki aktiv həyat tərzi bu riski əhəmiyyətli dərəcədə azalda bilər.

Xəstəliyin yayılma səviyyəsi regionlara görə dəyişir. IARC-in məlumatlarına görə, ən yüksək diaqnoz göstəriciləri Avstraliya, Yeni Zelandiya, Şimali Amerika və Şimali Avropada qeydə alınır. Buna qarşılıq, Asiya və Afrikada diaqnoz halları nisbətən azdır. Lakin ölüm göstəriciləri Melaneziya, Polineziya və Qərbi Afrikada daha yüksəkdir.

Fidan


Etiketlər:  Dünyada hər dəqiqə dörd qadında xəstəlik aşkarlanır 2050 ilə qədər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ