Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arda üçün ''Real Madrid''ə 50 milyon avro təklif edəcək

Arda üçün ''Real Madrid''ə 50 milyon avro təklif edəcək

Tarix: 25 Fevral 2025 22:54

"Real Madrid"in futbolçusu Arda Güler karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Bavariya" türk oyunçunu heyətinə qatmağı planlaşdırır.

Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani hücum xətti üçün əsas prioritet kimi Arda Güleri düşünür. Belçikalı mütəxəssis 20 yaşlı hücumameyilli yarımmüdafiəçini 4-2-3-1 sxemində Harri Keynin arxasında Maykl Olise və Camal Musiala ilə birlikdə oynatmağın planını qurur.

"Bavariya" Türkiyə millisinin üzvü üçün yayda "Real Madrid"ə 50 milyon avroluq təklif göndərəcək. "Kral klubu" futbolçusunu bu qiymətə satmağa hazırdır.

Qeyd edək ki, "Real Madrid" Arda Güleri 2023-cü ilin yayında "Fənərbağça"dan transfer edib. Gənc istedad bu mövsüm Madrid təmsilçisinin heyətində çıxdığı 27 rəsmi matçda 967 dəqiqə meydanda olub, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Arda üçün Real Madridə milyon avro təklif edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ