Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 13:28
Bakı. Trend:
Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub.
Trend-in məlumatına görə, itkin düşənlərin olduğu da deyilir.
Polis indiyədək 23 nəfərin xilas edildiyini bildirib. Hadisə yerində axtarış-xilasetmə işləra aparılır.
Bölgə rəhbərliyi turistlərə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.
Uayt Aylend hazırda ən fəal vulkanlardan biri olsa da, turistlər arasında ən populyar bölgələrdən hesab olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin