Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank əməkdaşlarına bədbin proqnoz - işinizi itirə bilərsiniz

Bank əməkdaşlarına bədbin proqnoz - işinizi itirə bilərsiniz

Tarix: 27 Fevral 2025 08:40

Bütün dünyada banklar süni intellektin (Sİ) tətbiqi fonunda işçilərini ixtisar etməyə başlayır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Sinqapurun DBS bankı Sİ səbəbindən iş yerlərində əhəmiyyətli ixtisarlar elan edən ilk böyük Asiya bankı olub. DBS-in baş direktoru Piyuş Qupta bildirib ki, yaxın üç il ərzində bankın işçi heyəti 10 % azalacaq.

Bənzər tədbirlər barədə İtaliyanın "Intesa Sanpaolo" bankı da məlumat verib. Analitiklərin proqnozlarına görə, Sİ-nin bank sektorundakı əmək bazarına təsiri yalnız güclənəcək. Növbəti beş il ərzində 200 minə qədər insan süni intellektlə əvəzlənəcək.

İxtisarlara baxmayaraq, bank sektorunda Sİ ilə işləmək üçün yeni iş yerləri də yaranır.


Etiketlər:  Bank əməkdaşlarına bədbin proqnoz işinizi itirə bilərsiniz


RƏYLƏR