Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 16:30
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Meksika Deputatlar Palatasının rəhbərliyinin dəstəyi, Azərbaycanın Meksikadakı Səfirliyinin və "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə mötəbər San Lazaro Qanunvericilik Sarayında - Deputatlar Palatasında ölkəmizin görkəmli rəssamı Nazim Məmmədovun Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş rəsm irsini əhatə edən "Xocalı harayı" adlı sərgi təşkil edilib.
Sərgidə Meksika Konqresinin üzvləri deputatlar Eden Qarses Medina, Klara Kardenas Qalvan, Ruben İqnasio Moreira, Mario Migel Kariyyo, Meksika Deputatlar Palatasının digər üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvləri, yerli media və QHT-lərin nümayəndələri iştirak edib.
Səfir M. Talıbov Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasının və ədalətin bərpa olunmasının vacibliyini vurğulayıb. Meksika Konqresi üzvləri də faciənin unudulmamalı olduğunu və insan hüquqlarına hörmətin əhəmiyyətini qeyd ediblər.
Sonda "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov qonaqları azərbaycanlı rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr edilmiş sərgi ilə qonaqrı tanış edib.
Qonaqlar tərəfindən maraqla qarşılanmış sərgidə iştirakçılara Xocalı faciəsinin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.