Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 20:40
Meta şirkəti çərşənbə günü gecə bəyanat yayaraq Instagram istifadəçilərinin Reels bölməsində zorakı və qrafik görüntülərin yayılmasına səbəb olan "səhvə" görə üzr istədi.
Sonxeber.net xəbər verir ki, bu barədə Meta paylaşım edib.
İstifadəçilərə tövsiyə edilən videolar arasında atəş açılaraq öldürülən və ya avtomobillə vurulan insanların görüntüləri yer alıb. Bəzi paylaşımlar "həssas məzmun" etiketi ilə işarələnmiş olsa da, bəzilərində belə xəbərdarlıq olmayıb.
Qeyd edək ki, hadisə zamanı azyaşlı istifadəçilərin də bu görüntüləri görməsi narahatlıq yaradıb. Meta baş verənlərə görə üzr istəyərək, problemin qısa zamanda həll edildiyini bildirib. / baku.ws