Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Okan Buruk və Mourinyo cəzalandırıldı

Okan Buruk və Mourinyo cəzalandırıldı

Tarix: 28 Fevral 2025 00:12

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" və "Fənərbağça" klublarının baş məşqçilərini cəzalandırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Okan Buruk və Joze Mourinyo Türkiyə Superliqasının XXIV turu çərçivəsində baş tutmuş İstanbul derbisindəki davranışlarına görə cəza alıblar.

Belə ki, TFF "Qalatasaray"ın baş məşqçisi O.Buruku 1, "Fənərbağça"nın çalışdırıcısı J.Mourinyonu isə 4 oyunluq cəzalandırıb.

O.Buruk derbidən sonra keçirilmiş mətbuat konfransında etik olmayan açıqlamalarına görə cəza alıb. J.Mourinyo isə qarşılaşmanın final fitinin ardından hakimlərin paltardəyişmə otağına gələrək, təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalıb.

Bundan başqa, "Fənərbağça"nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.

Xatırladaq ki, "Qalatasaray" - "Fənərbağça" matçında qol səsi eşidilməyib.


Etiketlər:  Okan Buruk Mourinyo cəzalandırıldı


RƏYLƏR