Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2025 19:44
İngiltərənin "Çelsi" klubu "Yuventus"da forma geyinən Kenan Yıldız üçün 80 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "zadəganlar" Kenan Yıldıza görə daha öncə 60 milyon avro təklif etsələr də, "Yuventus" tərəfi bu rəqəmlə razılaşmadığı üçün keçidə icazə verməyib.
"Yuventus"la 2029-cu ilədək müqavilə imzalayan Kenan Yıldızı transfer etmək istəyən "Çelsi" futbolçu üçün daha artıq məbləğ təklif etməyəcəyini bildirib.
Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm "Yuventus" forması ilə çıxdığı 39 oyunda altı qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.