Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2025 20:24
Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Levent Mercan minimum iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Fatih Karagümrük"dən transfer olunan Levent Mercan məşq zamanı ciddi zədə aldığından növbəti iki həftədə komandasına kömək edə bilməyəcək.
Joze Mourinyonun etimadını qazanan futbolçu "Fənərbağça" forması ilə son yeddi oyunun altısında meydana çıxıb.
Qeyd edək ki, 24 yaşlı futbolçunun hazırkı dəyəri 2.30 milyon avrodur.