Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 11:08
"Sportinq"in gənc cinah oyunçusu Covani Kenda "Mançester Yunayted"in maraq dairəsindədir.
Sonxeber.net xəbər verir ki, o, "qırmızı şeytanlar" üçün prioritet transfer hədəfidir. Bu barədə "Givemesport" məlumat yayıb.
Markus Reşfordu 40 milyon funt-sterlinqə "Aston Villa"ya satmağı planlaşdıran MY onun yerinə komandanın baş məşqçisi Ruben Amorimin "Sportinq"dən yaxşı tanıdığı 17 yaşlı Kendanı gətirmək istəyir.
"Yunayted" rəhbərliyi yay transfer pəncərəsi açılana qədər transferi razılaşdırmağa hazırlaşır. İngiltərə klubunun artıq futbolçu ilə şəxsi müqavilənin şərtlərində anlaşdığı da bildirilir.
Kendanın "Sportinq" ilə müqaviləsində 84 milyon funt sterlinq (100 milyon avro) alış bəndi var. Lakin "qırmızılar" oyunçunu daha aşağı qiymətə almağa çalışacaqlar.
Bu mövsüm Kenda Portuqaliya klubunun heyətində 40 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə verib. /Publika.az