Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 16:00
Bakı. Trend:
Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb.
Trend-in məlumatına görə, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir.
Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.
Bundan başqa, Rusiya ərazisində dünya çempionatlarının keçirilməsi də qadağan edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin