Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rafael Ağayev Monteneqroya yola düşür

Rafael Ağayev Monteneqroya yola düşür

Tarix: 3 Mart 2025 06:57

Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında Monteneqroya yollanmağa qərar verib.

Sonxeber.net xəbər verir ki, 6 qat dünya, 11 qat Avropa çempionu və Tokio Olimpiadasının gümüş medalçısı olan Ağayev bu ölkənin Bar şəhərində 2 günlük seminar keçirəcək. Seminar martın 8-9-da baş tutacaq və U-12, U-14, kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər.

Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50, idmançılar isə 75 avro ödəməlidirlər.

Qeyd edək ki, Rafael Ağayev martın 4-də 40 yaşını tamamlayacaq və tez-tez xarici ölkələrdə seminarlar keçirərək bilik və təcrübəsini digər karateçilərlə bölüşür.


Etiketlər:  Rafael Ağayev Monteneqroya yola düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ