Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 17:04
Bakı. Trend:
Azərbaycan karatesinin liderlərindən Ayxan Mamayev (-84 kq) Xorvatiyada "Super 8" beynəlxalq turnirinə dəvət olunub.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.
A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.
Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin