Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2025 23:16
Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti bahalaşıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 20 gündür ki, bazarlarda ən bahalı kartof 2 azn-ə, ən ucuzu isə 1,20 azn-ə satılır.
Satıcılar deyir ki, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması, xaricdən də kartof idxalının azalmasıdır.
Satıcıların sözlərindən belə başa düşdük ki, hazırda bazarda daha çox yerli kartof var.
İqtisadçılar isə bahalaşmanın 2 səbəbinin olduğunu deyir. Onların fikrincə xaricdən kartof idxalı azalıb. Digər bir səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu 2 səbəb kartofun qiymətinə təsir edir.
Qeyd edək ki, 2024-cü ildə ölkədə 1 milyon tona yaxın kartof istehsal olunub. Onun da 48,3 min tonu xaricə ixrac edilib.
Daha ətraflı videomaterialı təqdim edirik.