Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur musiqiçinin vəziyyəti ağırdır

Məşhur musiqiçinin vəziyyəti ağırdır

Tarix: 8 Mart 2025 06:20

Türk musiqisinin unudulmaz simalarından biri olan İlhan Şeşenin səhhəti pisləşib. 76 yaşlı sənətçi uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparır.

Sonxeber.net xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Şeşenin vəziyyəti kritik həddə çatıb. Onun xəstəxana və ev arasında müalicə aldığı, lakin həkimlərin müalicə prosesinin artıq təsirini itirdiyini bildirdiyi qeyd olunur.

Xatırladaq ki, İlhan Şeşen 2024-cü ilin dekabr ayında xərçəng diaqnozu qoyulduğunu açıqlamış və müalicəyə başlamışdı. "Sarılınca Sana", "Ellerimde Çiçekler", "Neler Oluyor Bize" və "Sarı Laleler" kimi mahnıları ilə tanınan sənətçi, musiqi dünyasında dərin iz buraxıb. (baku.ws)


Etiketlər:  Məşhur musiqiçinin vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ