Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank müdirinin döydüyü zərərçəkmiş danışdı - VİDEO - FOTO

Bank müdirinin döydüyü zərərçəkmiş danışdı - VİDEO - FOTO

Tarix: 15 Mart 2025 09:06

09:02

"Yelo Bank"ın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək çənəsini sındırdığı iddia edilir.

Bu barədə zərərçəkmiş "Xəzər Xəbər"ə şikayət edib.

O bildirib ki, hadisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib. 

Xezerxeber.az adınının açıqlanmasını istəməyən zərərçəkmişin qısa açıqlamasını təqdim edir.  

Ətraflı videoda:

--------
21:38


Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib.

İddialara görə,zərərçəkmiş Təbriz Quliyev adlı şəxsdir. Davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub. Təbri Quliyev isə bunu təkzib edib. 

---------
14:21

"Yelo Bank"ın filialında müdir müştərini döyüb.

Sonxeber.net "unikal"a istinadla xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib. 


Etiketlər:  Bank müdirinin döydüyü zərərçəkmiş danışdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ