Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2025 20:05
Dünya şöhrətli Britaniyalı supermodel və aktrisa Keyt Moss qəribə davranışı ilə diqqətləri üzərinə cəmləyib.
Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, Paris Moda Həftəsi çərçivəsində baş tutan İzabel Marantın şousuna qatılan 51 yaşlı podium ulduzunun ona tuşlanan kameralar önündə hərəkətləri pərəstişkarları həyəcanlandırıb.
Belə ki, Keyt şoudan əvvəl digər qonaqların əhatəsində oturduğu yerdə əsəbi və qeyri-adekvat davranış sərgiləyib.
Moss bir anda arxada oturan qadını qucaqlamağa çalışıb. Sonra podium ulduzu, çılğın şəkildə o yana bu yana dönməyə başlayıb.
Moss daha sonra sağdakı həmsöhbətinə dönüb və fotoqraflara poza verib. Eyni zamanda, top modelin bütün hərəkətləri son dərəcə kəskin, təlaşlı və impulsiv görünürüb.
Mossun həmin kadrları sosial şəbəkəyə yayıldıqdan sonra müzakirə predmetinə çevrilib. İzləyicilər dekabrda sevgilisindən ayrılan top modelin dərin depressiya yaşadığı eyni zamanda əsəblərinin yerində olmadığını yazıblar.