Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Efirdə özümə baxanda əsəbiləşirdim”

“Efirdə özümə baxanda əsəbiləşirdim”

Tarix: 18 Mart 2025 12:10

Rəqqasə Fatimə Fətəliyeva bir müddət əvvəl keçirdiyi üzgərmə əməliyyatından söz açıb.

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi instaqram səhifəsində açdığı canlı yayımda danışıb.

Fətəliyeva bildirib ki, üzündən kompleks keçirdiyi üçün bıçaq altına uzanıb:

"Bəli, mənim kompleksim var idi. Buxaq nahiyyəmdən və üzümün aşağı hissələrində problem var idi. O mənə kompleks yaradırdı. Bu da zamanında üzümə etdirdiyim gellərə görə olub. O gellər üzümdə lazımsız piylər əmələ gətirib. Estetik olaraq mənə xoş deyil idi. Efirdə özümə baxanda əsəbiləşirdim. Buna görə də üzümü savadlı doktorumuza tutdum və əməliyyat olundum. Mən əməliyyatdan çox razıyam. Tam nəticəni isə mən 3 aydan sonra alacağam".


Etiketlər:  Efirdə özümə baxanda əsəbiləşirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ