Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur NBA klubu rekord məbləğə satılacaq - FOTO

Məşhur NBA klubu rekord məbləğə satılacaq - FOTO

Tarix: 22 Mart 2025 15:10

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston Seltiks" klubu rekord məbləğə satılacaq.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sportico" məlumat yayıb.

Məlumata görə, Uilyam Çisholmun rəhbərlik etdiyi şirkət və "Sixth Street" şəxsi investisiya fondu "Seltiks"in sahibləri olan Qrausbek ailəsi ilə klubu almaq üçün razılığa gəlib.

Razılaşmanın məbləği NBA tarixində rekord 6.1 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, "Boston Seltiks" 1946-cı ildə yaradılıb və 18 dəfə NBA çempionu olub. Hazırkı mövsümdə komanda Şərq Konfransının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.


Etiketlər:  Məşhur klubu rekord məbləğə satılacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ