Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu Portuqaliya millisində çıxışı barədə danışdı

Ronaldu Portuqaliya millisində çıxışı barədə danışdı

Tarix: 23 Mart 2025 21:54

Portuqaliya milli futbol komandasının kapitanı Kriştianu Ronaldu Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka ilə oyundan əvvəl yığmanın rənglərini ömrünün sonuna qədər qoruyacağını bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Mən həmişə olduğu kimi Portuqaliya rənglərini ömrümün sonuna qədər qoruyacağam. Buna görə də, əgər növbəti oyunda qol vurmasam, amma komandam qalib gəlsə, evimə xoşbəxt qayıdacağam. Bilirəm ki, bu futboldur, bu mənim həyatımdır", - Ronaldu deyib.

Xatırladaq ki, Portuqaliya 23 mart tarixində Danimarka ilə Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyununu evdə keçirəcək. İlk oyun Danimarkanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Etiketlər:  Ronaldu Portuqaliya millisində çıxışı barədə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ