Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 00:46
"Give me Sport" nəşri dünyanın bir sıra futbol komandalarının ən yaxşı hücumçularının siyahısını təqdim edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hər bir hücumçunun yerini müəyyən etmək üçün aşağıdakı amillərdən istifadə olunub: qollar, məhsuldar ötürmələr, hər oyuna vurulan orta qol sayı, komanda üçün əhəmiyyət, fərdi çıxışlar.
Ən yaxşı 15 hücumçu siyahısına aşağıdakılar daxildir:
1. Kilian Mbappe ("Real Madrid");
2. Robert Levandovski ("Barselona");
3. Harri Keyn ("Bavariya");
4. Erlinq Holann ("Mançester Siti");
5. Aleksander İsak ("Nyukasl Yunayted");
6. Viktor Dyokeres ("Sportinq");
7. Lautaro Martines ("İnter");
8. Xulian Alvares ("Atletiko" Madrid);
9. Ömər Marmuş ("Mançester Siti");
10. Viktor Osimhen ("Qalatasaray");
11. Olli Uotkins ("Aston Villa");
12. Viktor Bonifas ("Bayer");
13. Kriştianu Ronaldu ("Əl-Nəsr");
14. Markus Tyuram ("İnter");
15. Antuan Qrizmann ("Atletiko Madrid").