Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 17:51
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı-Ankara dəmiryolu xətti üzrə nəzərdə tutulan qiymətlər hələ mövcud deyil.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat veriblər.
Qurumdan bildirilib ki, Türkiyə tərəfinin yaydığı məlumatlar hələ müzakirə mərhələsindədir:
"Bu barədə hələlik yekun qərar yoxdur, qeyd olunan rəqəmlər Türkiyə tərəfinin təklifidir. Bu barədə müzakirələr aparılır".
Qeyd edək ki, Türkiyə mətbuatının yaydığı məlumatda bildirilir ki, bu ilin avqustundan BTQ-nin davamı olaraq Ankara-Bakı marşrutu üzrə dəmiryolu xətti həyata keçiriləcək. Məlumata əsasən kupelərin tipindən asılı olaraq, qatar biletlərinin qiyməti 96 - 220 AZN arası dəyişəcək:
"Qatar 246 sərnişin üçün nəzərdə tutulub. Səfər müddətinin 40 saatdan çox olacağı güman edilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin