Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 13:58
Bakı. Trend:
İki həftə ərzində bəzi ərazilərdə enerji təchizatında növbəli olaraq qısamüddətli fasilələr yaranacaq.
Trend-in məlumatına görə, bunu "Azərişıq" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib. Onun sözlərinə görə, buna səbəb aparılan yenidənqurma işləridir:
“Aparılan yenidənqurma işləri ilə əlaqədar ölkənin bəzi regionlarında enerjinin verilməsində fasilələr yaranacaq. İşlərin bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı tam təmin olunması üçün Yeni ilə qədər bitməsi planlaşdırılıb”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin