Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi rusiyalı idmançılar 2025-ci ildə dünya arenasına qayıdacaqlar

Bəzi rusiyalı idmançılar 2025-ci ildə dünya arenasına qayıdacaqlar

Tarix: 27 Mart 2025 17:20

Beynəlxalq Kanoe Federasiyası (ICF) yarışlara ev sahibliyi edəcək ölkələrlə birlikdə avarçəkmə slalom üzrə Rusiya milli komandasının idmançılarının 2025-ci il Dünya və Avropa çempionatlarında neytral statusda iştirakını təsdiqləyib.

Sonxeber.net-ın "Sportbox.ru" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Avarçəkmə Slalom Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, rusiyalı slalomçular 2022-ci ildən Ukraynadakı münaqişə səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılmışdılar.

"Bu nəticə Rusiya Avarçəkmə Slalom Federasiyasının prezidenti Sergey Papuşun başçılığı ilə aparılan böyük işin nəticəsidir. O, ICF rəhbəri Tomas Konetsko ilə daim şəkildə əlaqə saxlayıb ki, bu da qarşılıqlı şəkildə anlaşma və razılığa gəlinməsinə imkan verib", - deyə məlumatda bildirilib.

2025-ci ildə Rusiya yığması Parisdə Avropa Çempionatında, Seu-de-Urjel (İspaniya) və Po (Fransa) şəhərlərində Dünya Kuboku mərhələlərində, Fua şəhərində (Fransa) 19 yaşadək və 24 yaşadək idmançılar arasında dünya birinciliyində və Avstraliyanın Penrit şəhərində dünya çempionatında iştirak etməyi planlaşdırır.

Qeyd olunur ki, rusiyalı slalomçular mövsümə hazırlığı BƏƏ-də davam etdirirlər./oxu.az


Etiketlər:  Bəzi rusiyalı idmançılar 2025 ildə dünya arenasına qayıdacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ