Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2025 18:50
Türkiyəli keçmiş model Dəniz Akkaya 16 yaşlı qızı Ayşədən prokurorluğa şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, model qızının onu eyvana kilidlədiyini iddia edib. İstanbul 1-ci Uşaq Məhkəməsi Ayşəni "şəxsi azadlıqdan məhrum etmə" maddəsi ilə 2 il həbs cəzasına məhkum edib. Lakin yaşının az olması səbəbindən cəza 10 aya endirilib və hökmün elan olunması təxirə salınıb. Qərarla Ayşe 3 il müddətində nəzarət altında saxlanılacaq.
Akkaya bununla bağlı paylaşım edərək yazıb:
"Təvazökarlıq göstərməyəcəyəm. 15 ildir ki, öz valideynlərimin mənə göstərmədiyi həm maddi, həm də mənəvi bütün diqqət, şəfqət, fövqəlbəşəri dəstəklərlə təkbaşına böyütmüşəm. Üstəlik bu iyrənc adamın mobbinqinə məruz qalmışam. Ədalətin sorğu-sual olunduğu dövrlərdən keçirik. Bu qərarla mənə qadın ləyaqətimi qaytaran hakimlərə və prokurorlara təşəkkür edirəm".
Qeyd edək ki, Dəniz bir müddət əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub.